logo
logo logo
logo

"Tibb işçisinin rifahına yönələn vəsait ölkənin insan kapitalına qoyulan yatırımdır"

18:44 - 04 Sentyabr 2026

\"Tibb işçisinin rifahına yönələn vəsait ölkənin insan kapitalına qoyulan yatırımdır\"

Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü dövlətin insan amilinə verdiyi önəmin növbəti ifadəsidir. Prezident İlham Əliyevin təşəbbüsü müsbət qarşılaması və onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi isə bu məsələyə ən yüksək səviyyədə göstərilən diqqətin parlaq göstəricisidir.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib. O bildirib ki, səhiyyə sisteminin inkişafında yeni tibb müəssisələrinin yaradılması, çağdaş texnologiyaların tətbiqi vacibdir, lakin iş bununla bitmir: “Bu sistemin əsas dayağı insandır – həkim, tibb bacısı və digər səhiyyə əməkdaşlarıdır. Ona görə də tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi, sosial rifahının yaxşılaşdırılması və peşə motivasiyasının gücləndirilməsi bütövlükdə səhiyyənin keyfiyyətinə xidmət edir”.

O diqqətə çatdırıb ki, əməkhaqlarının artırılması bu baxımdan dövlətin ardıcıl sosial siyasətinin mühüm tərkib hissəsidir. Burada məqsəd maddi təminatın yüksəldilməsi ilə yanaşı, tibb peşəsinin cəlbediciliyinin artırılması, səhiyyədə insan kapitalının gücləndirilməsi, regionlarda kadr təminatının yaxşılaşdırılması və nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəldilməsidir. Xüsusilə regionlarda ixtisaslı tibbi kadrlara tələbat nəzərə alındıqda, bu addımın sosial-iqtisadi önəmi daha aydın görünür. Regionlarımızda kadr təminatının yaxşılaşması vətəndaşların yaşadığı əraziyə yaxın, keyfiyyətli tibbi xidmət almaq imkanlarını, əlçatanlığı genişləndirə bilər. Bu isə həm sosial bərabərliyin, həm də regionların dayanıqlı inkişafının vacib şərtlərindən biridir.

“Beləliklə, tibb işçisinin rifahına yönələn vəsait insan sağlamlığına və ölkənin insan kapitalına qoyulan yatırımdır. Güclü səhiyyə sistemi üçün peşəkar və sosial baxımdan təminatlı tibb işçisi əsas şərtdir”,- deyə A.Bağırova əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az