logo
logo logo
logo

Suşi sevənlərə PİS XƏBƏR

08:00 - 06 Sentyabr 2026

Suşi sevənlərə PİS XƏBƏR

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiyi müəyyən edilib.

Bu isə ton balığının insanların qida kimi istehlak etdiyi hissəsidir.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, parazitlərlə yoluxmuş çiy və ya kifayət qədər bişirilməmiş balığın istehlakı insanlarda ürəkbulanma, qusma və ishala səbəb ola bilər.

Mütəxəssislər xüsusilə çiy balıqdan hazırlanan suşi və digər yeməkləri istehlak edənlərin bu riskləri nəzərə almasının vacibliyini vurğulayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az