logo
logo logo
logo

Güclü külək Cəlilabad-Göytəpə yolunda ağacları aşırdı - VİDEO

18:48 - 07 Sentyabr 2026

Güclü külək Cəlilabad-Göytəpə yolunda ağacları aşırdı - VİDEO

Cəlilabad rayonunda güclü külək fəsadlara səbəb olub.


Manset.az xəbər verir ki, Göytəpə şəhəri ərazisində, Cəlilabad istiqamətində magistral yolun kənarında yerləşən iri və yaşlı ağaclar güclü küləyin təsirindən aşıb.

Aşan ağaclar yolun hərəkət hissəsini bağladığından magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları da cəlb olunub və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Güclü külək nəticəsində yol ətrafında yerləşən bəzi istixanaların da dağıldığı bildirilir.

Hazırda cənub bölgəsində güclü külək davam edir. Sürücülərə magistral yolda hərəkət zamanı diqqətli olmaları və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az