PISA nəticələri COVID dövründəki öyrənmə itkilərinin aradan qaldırıldığını göstərir.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, riyaziyyat üzrə nəticələrdə görünür ki, azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər:
"PISA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal toplayan şagirdin nəticəsi isə bu göstəricidən aşağı qiymətləndirilir. Burada bal sistemi tamamilə fərqlidir. Bu sistemdəki 450 bal qəbul imtahanlarında istifadə olunan ballarla müqayisə edilə bilməz. Təxminən bir tədris ili 20 ballıq fərqlə ölçülür".
Emin Əmrullayev əlavə edib ki, Azərbaycanın riyazi savadlılıq üzrə PISA nəticələrindəki mövqeyi 49-cudur:
"Bakı şəhərinin riyazi savadlılıq üzrə nəticələri inkişaf etmiş şəhərlərin göstəricilərindən daha yüksək olub. Buna səbəb riyaziyyat fənninə son vaxtlar göstərilən diqqətin artıq öz nəticəsini verməsidir. Burada riyaziyyat müəllimlərinin xüsusi rolu var".