Qızlar ilk dəfədir riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir.
Manset.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
Onun sözlərinə görə, indiyədək ölkədə bu cür nəticələr olmayıb:
"Qızlar oğlanları bu məsələdə, təxminən, 13 bal geridə qoyurlar. 15 yaşlı yeniyetmə oğlanların riyaziyyatı qavraması ilə bağlı nə baş verdiyi təhlil olunmalıdır".
Qeyd edək ki, PISA-nın 2025-ci il nəticələri riyaziyyat üzrə Azərbaycan üçün ən yaxşı xəbərlərdən biri hesab oluna bilər. Bakı şagirdlərinin riyaziyyat üzrə göstəricisi son qiymətləndirmə ilə müqayisədə 63 bal yüksələrək 460 bala çatıb. PISA miqyasında bu, çox ciddi artımdır.