logo
logo logo
logo

Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edildi

16:15 - 08 Sentyabr 2026

Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edildi

Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirilən Asim Babayev zərərçəkmişlərə həkim komissiyasından pensiya təminatı təşkil edəcəyi vədi verərək 13 min manatdan çox vəsaiti dələduzluq yolu ilə əldə edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az