logo
logo logo
logo

“Kitab Dayanacağı” Sumqayıt Dəmiryol Vağzalında - FOTOLAR

17:38 - 08 Sentyabr 2026

“Kitab Dayanacağı” Sumqayıt Dəmiryol Vağzalında - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) “Kitab Dayanacağı” layihəsi genişlənməkdə davam edir.


ADY-dən Manset.az-a bildirilib ki, sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı və faydalı keçirməsinə xidmət edən “Kitab Dayanacağı” Bakı və Gəncədən sonra Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.

Yeni məkan sərnişinlərə səfər zamanı müxtəlif kitablar arasından seçim edərək mütaliə etmək imkanı yaradır.

Qeyd edilib ki, bundan sonra Sumqayıtdan başlayan səfərləri kitabların rəngarəng dünyası müşayiət edəcək. ADY sərnişinləri Sumqayıt Dəmiryol Vağzalında “Kitab Dayanacağı”na baş çəkməyə dəvət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az