logo
logo logo
logo

Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşdu - VİDEO 

09:09 - 10 Sentyabr 2026

Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşdu - VİDEO 

Gürzələr evlərə doluşub, sakinlər evlərində qala bilmədiklərini iddia edirlər.


Manset.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Abşeronun Pirəkəşkül kəndində yaşayan 51 yaşlı sakin Nailə Alıyeva bildirir ki, indiyədək 4 gürzə ilanını öldürmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, xüsusilə gecə saatlarında evə daxil olan zəhərli ilanlar ailə üzvlərinin rahatlığını əlindən alıb.

Nailə Alıyeva deyir ki, vəziyyətin təhlükəli olması səbəbindən bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanları kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kənddəki evlərinə qayıdıblar. Onun sözlərinə görə, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşürlər. Hətta, iddia olunur ki, zəhərli ilanlar heyvanlara da hücum edirək bəzi hallarda onları tələf edir.

Sakinlər bildirirlər ki, xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaranıb. Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, ilanların məskunlaşdığı yerlərin müəyyən edilərək zəruri tədbirlərin görülməsini istəyirlər.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az