Azərbaycanın Sankt-Peterburqdakı sabiq Sultan Qasımov baş konsulu qaçaqmalçılığında ittiham olunur.
Manset.az APA-ya istinadla xəbər verir ki, cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə baş konsul vəzifəsindən geri çağırılıb.
2016-cı il mayın 3-də Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib.
2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb.