Şəhid Səbuhi Əhmədovun məzarı ziyarət olunub.
Manset.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Milli Məclisin deputatı Vüqar Rəhimzadə,YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!