"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.
08:41
Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.
Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.
08:36
Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.
Manset.az Report-a istinadən xəbər verir ki, 15 dəqiqədən çoxdur ki, qatarlar hərəkət etmir.
Məlumata görə, bəzi stansiyalarda sərnişinləri qatardan düşürüblər.