logo
logo logo
logo

Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq

15:12 - 14 Sentyabr 2026

Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.


Manset.az xəbər verir ki, bu barədə Apa-ya TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur: “Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.

O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb:

“İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan isə müşahidəçi ölkədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az