logo
logo logo
logo

Bu müəllimlərin maaşı artacaq - Emin Əmrullayev açıqladı

15:37 - 14 Sentyabr 2026

Bu müəllimlərin maaşı artacaq - Emin Əmrullayev açıqladı

Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsilverənin maaşına əlavə ediləcək


Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.

İndiyədək sertifikatlaşdırma prosesinə 104 min təhsilverən cəlb olunub. Onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib.

Proqnozlara əsasən, daha 17,5 min təhsilverənin əməkhaqqına əlavə olunacağı gözlənilir. Beləliklə, sertifikatlaşdırmanın nəticələrinə əsasən ümumilikdə təxminən 90 min təhsilverənin əməkhaqqına əlavə ödəniş ediləcək.

Qeyd olunub ki, 17–25 iyun 2026-cı il tarixlərində keçirilən sertifikatlaşdırma mərhələsində təxminən 20 min müəllim ilk dəfə iştirak edib. Onlardan 16 569 nəfər tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə sertifikatlaşdırmaya cəlb olunub.

Bundan əlavə, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində təxminən 6 min namizəd bütün mərhələləri tamamlayaraq ümumtəhsil məktəblərində əmək fəaliyyətinə başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az