logo
logo logo
logo

"Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq" - Nazir

17:30 - 14 Sentyabr 2026

\"Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq\" - Nazir

"Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar".


Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

"Bunu yalnız həmin ixtisas üzrə mütəxəssislərin rəyi ilə etmək olar. Mən bunun tərəfdarıyam. Bu addımın bütün ixtisaslara şamil olunması müzakirə edilmir", - nazir əlavə edib.

Nazir bildirib ki, Azərbaycanda şagirdlər 6 yaşından təhsilə başlayırlar və bəzi ixtisaslar üzrə bakalavr təhsilinin müddətinin 3 ilə endirilməsi mümkündür.

“Oxşar götürsək, bakalavr səviyyəsində elə ixtisaslar var ki, onlar 3 il ola bilər. 16-17 yaşlı uşağı formalaşdırmaq üçün 4 il yox, 3 il də bəsdir. Ona görə bəzi ixtisaslarda, məsələn, tibbdə təhsil 6 ildir, müəllimlikdə 4 ildir. Kimya, biologiya ixtisasları 5 ildir”, – deyə nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, bəzi ixtisasların spesifik xüsusiyyətlərini nəzərə alaraq təhsil müddətinin dəyişdirilməsi mümkündür:

“Bizdə ifaçılıq ixtisası var, bunun magistratura səviyyəsi 2 ildir. Amma bunu birləşdirib 5 il etmək olar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az