Cəlilabad və Masallı rayonlarında duman müşahidə olunur.
Manset.az xəbər verir ki, Ələt-Astara magistralında yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.
Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.
Hazırda magistral yolda nəqliyyat vasitələrinin hərəkəti davam edir.
Nuranə Alisoy