logo
logo logo
logo

Marketlərdən oğurluq edən şəxslər saxlanıldılar

12:20 - 15 Sentyabr 2026

Marketlərdən oğurluq edən şəxslər saxlanıldılar

Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.


Manset.az xəbər veirr ki, paytaxtın Sabunçu rayonu ərazisində yerləşən marketlərdən silsilə oğurluq hadisələri qeydə alınıb. Daxil olmuş məlumatlar əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı S.İbrahimzadə və 23 yaşlı X.Abbasov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların gecə saatlarında marketlərə daxil olaraq ümumilikdə 900 manat nağd pul və 4600 manat dəyərində tütün məmulatları oğurladıqları müəyyən edilib.

Binəqədi rayonunda da marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 26 yaşlı C.Cəlilzadə müəyyən edilərək saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az