logo
logo logo
logo

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

15:46 - 15 Sentyabr 2026

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.


Manset.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az