ADY 2026-cı ilin yanvar-avqust aylarına 12 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Manset.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12% üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17%, Şimal-Cənub istiqaməti üzrə isə 24% artım qeydə alınıb.
Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32%, tranzit daşımalar isə 40% artıb.
