Sabah Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində işıq olmayacaq.
Manset.az Report-a istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.
Belə ki, 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat sabsh 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.