logo
logo logo
logo

“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO 

09:51 - 26 Sentyabr 2026

“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO 

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.


Manset.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

“Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 104 ədəd “şaftalı” formalı qablaşdırmada xalis təmiz çəkisi 51 kq 906 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır”,- deyə məlumatda qeyd edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az