“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Anım Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.
Manset.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Qurumdan bildirilib ki, dəmiryolçular saat 12:00-da Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
ADY rəhbərliyi və kollektivi qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı diləyib.