logo
logo logo
logo

Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Hərəkət dayandı - VİDEO

23:57 - 30 Sentyabr 2026

Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Hərəkət dayandı - VİDEO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi olub.  


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.

Nəticədə yola qaya parçaları tökülüb və avtomobillərin hərəkəti dayanıb.

Bu isə bölgəyə gələn turistlərlə yanaşı, bir sıra kəndlərin sakinlərinin də gediş-gəlişinə ciddi çətinlik yaradıb.Yolun bağlanması xüsusilə Xınalıq istiqamətinə getmək istəyən turistlər üçün problem yaradıb.

Hadisə yerinə Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması və ərazidə nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunması nəzərdə tutulur.

Daha ətraflı süjetdə:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az