Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan keçib.
Manset.az xəbər verir ki, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında tətbiq olunan idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu növbəti audit nəticəsində təsdiqlənib.
🔹 ISO 9001:2015 – Keyfiyyətin idarə edilməsi
🔹 ISO 14001:2015 – Ətraf mühitin idarə edilməsi
🔹 ISO 45001:2018 – Əməyin mühafizəsi və işçi təhlükəsizliyi
🔹 ISO 50001:2018 – Enerji idarəetməsi
Bu sertifikatlar Limanın keyfiyyət, ekoloji dayanıqlılıq, əməyin mühafizəsi və enerji səmərəliliyi istiqamətlərində beynəlxalq tələblərə uyğun fəaliyyətini təsdiqləyir.