logo
logo logo
logo

XİN-dən azərbaycanlıların olduğu gəminin vurulması ilə bağlı AÇIQLAMA

10:17 - 06 Oktyabr 2026

XİN-dən azərbaycanlıların olduğu gəminin vurulması ilə bağlı AÇIQLAMA

“Sentyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hazırda müvafiq axtarış tədbirləri həyata keçirilir”.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. 

“Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Bir daha, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az