Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 24 sentyabr 2026-cı il tarixində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.