logo
logo logo
logo

Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  - FOTO

17:30 - 09 Oktyabr 2026

Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  - FOTO

Oktyabrın 12-18-də Dənizkənarı Milli Parkda Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən Çay Festivalı keçiriləcək.


Manset.az xəbər verir ki, Azərbaycan qonaqpərvərliyinin və süfrəsinin ayrılmaz hissəsi olan çay mövzusu bu dəfə Bakı bulvarında yerli ləzzətləri və çay mədəniyyətinə bağlı ən müxtəlif elementləri bir araya gətirəcək.

Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış ola biləcəklər. Festivalda 

özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin nümayəndələri də iştirak edəcək. 

Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.  

Festivala giriş sərbəstdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az