logo
logo logo
logo

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi - FOTOLAR

17:14 - 15 Oktyabr 2026

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi - FOTOLAR

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.


Manset.az xəbər verir ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiya Respublika Qan Bankı ilə birgə təşkil edilib. Aksiyada ADY-nin müxtəlif struktur bölmələrindən yüzdən çox əməkdaş könüllü iştirak edib.

Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.

ADY korporativ sosial məuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az