logo
logo logo
logo

MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir - VİDEO

17:36 - 15 Oktyabr 2026

MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir - VİDEO

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasının 8.8.1.1-ci yarımbəndinə əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən əhalinin kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması istiqamətində maarifləndirmə tədbirləri davam edir. 


Manset.az xəbər verir ki, tədbirlər çərçivəsində kibertəhdidlər, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, fişinq və sosial mühəndislik hücumlarından müdafiə yolları barədə məlumatlar vətəndaşlara çatdırılır.Maarifləndirmə tədbirləri Bakı Metropoliteni, smart dayanacaqlar, ASAN xidmət, ASAN kommunal, Heydər Əliyev Beynəlxalq Aeroportu, AccessBank, Azərpoçt filialları, DOST Mərkəzləri və Azərbaycan Dəmir Yolları daxil olmaqla ümumilikdə 133 müxtəlif məkan və xidmət nöqtəsində həyata keçirilir.

Bununla yanaşı, SİMA İmza və myGov platformaları vasitəsilə 5 milyondan çox istifadəçiyə kibertəhlükəsizliklə bağlı maarifləndirici bildirişlər göndərilir.
MKA rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və kibertəhlükələr barədə məlumatlılığın artırılması istiqamətində maarifləndirmə fəaliyyətlərini geniş miqyasda davam etdirəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az