logo
logo logo
logo

Tez-tez “morqat” edən sürücülər - Cəriməsi var! 

23:30 - 15 Oktyabr 2026

Tez-tez “morqat” edən sürücülər - Cəriməsi var! 

Arxadan gələn uzun-uzadı səs və işıq siqnalı eşidəndə istər-istəməz öndəki sürücü əsəbləşir. Amma məsələ təkcə bununla bitmir, belə hallar yolda narazılığa, konfliktə səbəb ola biləcək vəziyyət də yaradır.


Düzdür, belə bir siqnal tamamilə fərqli məna da daşıya bilər, məsələn, yolda davamlı siqnal səsi bəzən nəqliyyat vasitəsindəki nasazlıq barədə xəbərdarlıq ola bilər. Arxanızdakı sürücü təkərin boşaldığını, tam bağlanmamış qapı və ya hərəkət zamanı açılmış baqaj qapısı barədə xəbərdarlıq etməyə çalışar.

Buna baxmayaraq bəzi sürücülər əsasən digər sürücülərin davranışlarına bu üsulla  reaksiya göstərir, qarşısındakını tələsdirməyə çalışırlar.

Bəs Azərbaycanda narazılığını bildirmək məqsədilə davamlı siqnal vermək, “morqat” eləmək qanunla qadağandırmı və buna görə hansı cərimə nəzərdə tutulur?

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, Azərbaycanda qarşındakı sürücüyə narazılığını bildirmək məqsədilə uzun-uzadı siqnal vermək cəriməyə səbəb ola bilər.

Yol hərəkəti qaydalarına görə, səs siqnalı əsasən digər hərəkət iştirakçılarını təhlükə barədə xəbərdar etmək üçün verilməlidir. Sadəcə əsəbiləşdiyin, sürücünün səhv hərəkət etdiyi və ya sənə yol vermədiyi üçün davamlı siqnal vermək qayda pozuntusu kimi qiymətləndirilir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat cərimə nəzərdə tutulur. 

Bununla belə tövsiyə olunur ki, arxanızdakı sürücü səs və işıqla bezdirici hərəkət etdikdə qıcıqlanmaq, qəfil əyləcləmək, yaxud sürəti ona görə artırmaq lazım deyil.

Ən yaxşısı, ilk fürsətdə onun keçməsinə icazə verməkdir – sadəcə sağ tərəfdə boşluq yaranmasını gözləyin və sakitcə zolağınızı dəyişin. Başqası tələsir deyə, öz sürətinizi artırmağa ehtiyac yoxdur. Həmin nəqliyyat vasitəsi irəli keçdikdən sonra siz öz yolunuza əvvəlki sürətinizlə davam edə bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az