logo
logo logo
logo

Kirayəçi və ev sahibi arasında qalmaqal - "5 qadın hücum çəkdi" 

19:40 - 16 Oktyabr 2026

Kirayəçi və ev sahibi arasında qalmaqal - \"5 qadın hücum çəkdi\" 

Suraxanıda ev sahibi ilə kirayəçi arasında mübahisə yaşanıb.


Manset.az Baku TV-yə istinadla xəbər verir ki, Kifayət Çobanovanın sözlərinə görə, o, 2016-cı ildə müqavilə əsasında kirayə tutduğu evin sahibi ilə sonradan şifahi razılığa gəlib. Razılaşmaya əsasən, qadın hissə-hissə 25 min manat ödəməklə evi almağı planlaşdırıb. O bu məbləğin 15-16 min manatını ödədiyini və ödənişlərin bank kartında qeydə alındığını iddia edir.

Kifayət Çobanova bildirib ki, 2022-ci ildə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Onun sözlərinə görə, evi öz vəsaiti hesabına yenidən tikdirib və bu müddət ərzində kommunal xərcləri də özü ödəyib.

Qadın iddia edir ki, ev sahibi qohumları ilə birlikdə evə gələrək ondan evi boşaltmağı tələb edib, pəncərələri sındırıb və əşyalarını dağıdıb.

"Beş qadın mənə hücum çəkdi. Qışqırdım ki, içəridə körpə uşaq yatır. Amma məni dinləmədilər. Pəncərəni sındırıb evə girdilər. Evdə nə var idisə, hamısını dağıtmağa başladılar", - deyə Kifayət Çobanova bildirib.


O, məsələni məhkəmə yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.

Qanunvericiliyə əsasən, müvafiq sənədləri olmayan tikililər özbaşına tikili hesab olunur və tərəflər həmin əmlak üzərində mülkiyyət hüququna sahib ola bilməzlər.

Vəkil Elvin Məhərrəmovun sözlərinə görə, tikilinin sənədləri qaydasındadırsa, onun sahibi qanunla müəyyən edilmiş hüquqlara malik olur. Belə tikilini sökərək yerində başqa tikili inşa edən şəxs əvvəlki sahib qarşısında məsuliyyət daşıyır. Tərəflər mülkiyyət və digər hüquqları ilə bağlı mübahisələri məhkəmə qaydasında həll edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az