logo
logo logo
logo

Novruz bayramı günü bibisi oğlunu öldürənə 14 il həbs verildi 

10:34 - 19 Oktyabr 2026

Novruz bayramı günü bibisi oğlunu öldürənə 14 il həbs verildi 

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə Novruz bayramı günü Saatlı rayonunun Fətəlikənd kəndində baş verib. Həmin gün Rövşən və Rizvanın böyük qardaşı Ərşad arasında kafenin qarşısında münaqişə olub. Bu zaman Rizvan onlara müdaxilə edərək ayırıb. Qardaşının bibisi oğlu tərəfindən döyülməsini qəbul edə bilməyən Rizvan evdən bıçaq götürərək qisas almaq məqsədilə geri qayıdıb və Rövşənə bir neçə zərbə endirib. O aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmədə Rövşənin yaxınları cinayətdə Ərşadın da iştirak etdiyini iddia ediblər.

Hökmə əsasən, 49 yaşlı Rizvan Söhbətov 14 il həbs cəzasına məhkum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az