logo
logo logo
logo

Baş nazirin müavinlərinin sayı 4 oldu 

16:18 - 19 Oktyabr 2026

Baş nazirin müavinlərinin sayı 4 oldu 

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib.

Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 1999-2003-cü ilə qədər Baş nazirin müavini olub, 2003-cü ildən isə Baş nazirin birinci müavini kimi fəaliyyət göstərir.

Şahin Mustafayev də Baş nazirin müavinidir. O, 2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye naziri, 2016-2019-cu illərdə iqtisadiyyat naziri olub. 2019-cu ildən isə indiki vəzifəsindədir. 

Baş nazirin digər müavini Samir Şərifovdur. 2006-2025-ci illərdə maliyyə naziri postunu icra edən Şərifov ötən ilin yanvarından Baş nazirin müavini kimi fəaliyyət göstərir.

Yeni təyinat alan Teymur Musayev isə 2022-ci ilin yanvar ayından səhiyyə naziri vəzifəsini icra edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az