logo
logo logo
logo

65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü 

12:36 - 21 Oktyabr 2026

65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü 

Abşeronda kişi sevgilisini döyüb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə irad bildirməsi olub. Bu irad kişinin xoşuna gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Murad əl, yumru və təpik zərbələri ilə qadının baş, qol, boyun və sifət nahiyələrinə ardıcıl zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını deyib. Zərərçəkən qadın da həmçinin Muradı bağışladığını və ona qarşı şikayətçi olmadığını bildirib.

Məhkəmə cinayət işinə xitam verib və M. Şükürov məsuliyyətdən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az