Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına birbaşa getmək mümkün olacaq.
Bu barədə Manset.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Başqa sözlə, "Həzi Aslanov-Əhmədli" mənzilində məkik hərəkət ləğv olunacaq. Nəticədə Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Qeyd edək ki, "Həzi Aslanov" stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.