logo
logo logo
logo

Deputatın oğlu həbs edildi - Yenilənib

21:24 - 25 Oktyabr 2026

Deputatın oğlu həbs edildi - Yenilənib

Bakıda kafedəki kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də cinayət məsuliyyətinə cəlb edilib.


Manset.az xəbər verir ki, Ə.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Əlizadə konkret olaraq Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik və təşkilat tərkibində iştirak etmə) 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü (Narkotiklərlə bağlı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xətai Rayon Məhkəməsi hakimlərinin öz-özlərinə etirazına görə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.

Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri təqdimatına Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb.

***

Nizami Rayon Məhkəməsinin qərarı ilə Əhməd Əlizadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Deputat oğluna verilmiş ittihamların sanksiyasında 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az