logo
logo logo
logo

Müdirlər 5 min manat cərimələnə bilərlər 

13:20 - 28 Oktyabr 2026

Müdirlər 5 min manat cərimələnə bilərlər 

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.


Manset.az xəbər verir ki, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsinə Təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə ona tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsinə, mənfi xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az