logo
logo logo
logo

Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

13:27 - 28 Oktyabr 2026

Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.


Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

"Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az