Abşeronda şəhid atası vəfat edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib.
Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub.
Əli Heydərov hərbi xidmətini yerinə yetirərkən cəbhə xəttində düşmən təxribatlarının qarşısının alınmasında böyük şücaət göstərib.
O, 2016-cı il mayın 8-də təmas xəttində düşmən atəşinin qarşısını alarkən şəhid olub. Doğulduğu Qobu qəsəbəsində dəfn edilib.