logo
logo logo
logo

13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açıldı

13:02 - 03 Noyabr 2026

13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açıldı

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.


Bu barədə Manset.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir rayonunda 5 avqust 2013-cü il tarixində 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.

İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.

22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az