logo
logo logo
logo

Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı 

12:14 - 04 Noyabr 2026

Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı 

Qazax rayonunda 33 yaşlı Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı məlum olub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb.

Məlumata görə, hadisə söyüşə görə baş verib. X.Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az