BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransı – COP31 noyabrın 9-da Türkiyənin Antalya şəhərində fəaliyyətə başlayıb.
Manset.az xəbər verir ki, noyabrın 9-dan 20-dək davam edəcək beynəlxalq tədbir ANFAŞ Antalya Expo Center-də keçirilir.
Konfransda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, hökumət nümayəndələri, diplomatlar, alimlər, beynəlxalq təşkilatların təmsilçiləri, ekoloqlar və media nümayəndələri iştirak edirlər.
Manset.az xəbər portalı da tədbirləri işıqlandıracaq saytlardandır.
Portalımızın baş redaktoru Əli Vəliyev COP31 tədbirləri çərçivəsində baş verəcək önəmli hadisələrlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandıracaq.