Azerbaijan flag

Məktəblər üçün texniki dəstək xətti açıldı 

16:58 - 11 Noyabr 2026

Məktəblər üçün texniki dəstək xətti açıldı 

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib.


Nazirlikdən Manset.az-a verilən məlumata görə, dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.

Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək:

Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər;

Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər;

Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər.

Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az