Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov dünyasını dəyişib.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə UNEC-dən bildirilib.
Qeyd edək ki, Eldar Azadov ömrünü elmə, təhsilə və gənc mütəxəssislərin yetişdirilməsinə həsr edib.
Allah rəhmət eləsin!