logo
logo logo
logo

ADSEA sədri Naxçıvanda su layihələrinin icrası ilə tanış olub - FOTOLAR

17:16 - 14 Noyabr 2026

ADSEA sədri Naxçıvanda su layihələrinin icrası ilə tanış olub - FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.


Manset.az xəbər verir ki, səfər zamanı Culfa rayonunun Əlincə kəndi ərazisində Bənənyar kanalına, Babək rayonunun Çeşməbasar və Gülşənabad kəndləri arasında 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Nehrəm qəsəbəsində Araz-2 nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində Qaraçux kanalının tikintisi işlərinə baxış keçirilib.

Layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az