Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Cəsəd Xocavənddə tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.
Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1711 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.