Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı

22:34 - 23 Fevral 2026

Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı

Slovakiyanın Baş naziri Robert Fitso ölkənin elektrik şəbəkəsi operatoruna Ukraynaya elektrik enerjisinin ixracının dayandırılması ilə bağlı müraciət edib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.

Baş nazir qeyd edib ki, bu addım Kiyevin "Drujba" neft kəməri vasitəsilə neft nəqlini hələ də bərpa etməməsi ilə bağlıdır.

Fitsonun bildirdiyinə görə, bu gündən etibarən Ukrayna Slovakiyadan enerji sisteminin sabitləşdirilməsi üçün yardım istəsə, həmin dəstəyi ala bilməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az