Kiyevdə yaşayan azərbaycanlı son vəziyyətdən DANIŞDI

11:08 - 24 Fevral 2022

Kiyevdə yaşayan azərbaycanlı son vəziyyətdən DANIŞDI

“Kiyevdə sakitlikdir, heç bir təşviş yoxdur”.

 

Manset.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ukraynanın Kiyev şəhərində yaşayan həmyerlimiz Əli Quliyev bildirib. 

O qeyd edib ki, hazırda heç bir partlayış səsi eşidilmir:

“Bu gün səhər saatlarında partlayış səsləri eşidildi. Məlumat əldə etdik ki, Rusiya ordusu tərəfindən atılan raketlər havada zərərsizləşdirilib. Hazırda heç bir təşviş, həyəcan müşahidə edilmir və partlayış səsləri eşidilmir. Bayıra çıxmaqla bağlı heç bir məhdudiyyət yoxdur. Aptek və marketlərdə sıxlıq müşahidə edilir. Burada yaşayan azərbaycanlılarla daimi əlaqədəyik”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az