Bakıda qadın ərini niyə bıçaqlayıb? - RƏSMİ CAVAB

11:10 - 09 Mart 2022

Bakıda qadın ərini niyə bıçaqlayıb? - RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb.

 

DİN Mətbuat xidmətindən Manset.az-a verilən məlumatda qeyd edilir ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb.

H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib.

Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.

Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib, onların izahatları alınıb.

Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az