Bu şəxsin sizin köməyinizə ehtiyacı var – FOTO+VİDEO

12:21 - 09 Mart 2022

Bu şəxsin sizin köməyinizə ehtiyacı var – FOTO+VİDEO

Bakı şəhər sakini sağlamlığına qovuşması üçün təcili əməliyyat olunmalıdır.


Bu barədə Musa Nuriyev Manset.az -a müraciətində bildirib:

“10 ildən çoxdur ki, böyrək problemlərindən əziyyət çəkirəm. İlk vaxtlar buna fikir verməsəm də, son aylar qan təzyiqinin kəskin artması, qızdırma, qaytarma, nəfəs darlığı halımı daha da pisləşdirdi. Analizlərin nəticəsində məlum oldu ki, böyrəklərim sıradan çıxıb. Həkimlər böyrəklərimin mütləq dəyişdirilməli olduğunu bildirdi və məni dializə yazdılar. Dializ müəyyən qədər kömək etsə də, sağlamlığıma qovuşmaq üçün əməliyyat olunmağım vacibdir. Azərbaycanda əməliyyat üçün tələb olunan məbləğ donorla birlikdə 30 min manatdır. Türkiyədə isə 17 min dollardır. İmkanı olanlardan Allaha xatir mənə kömək etmələrini xahiş edirəm”.
Əlaqə: (077) 399-00-96

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az