Ukraynadan azərbaycanlıların təxliyəsi davam edir.
Manset.az APA -ya istinadən, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə 9 azərbaycanlı Ukraynanın Xerson vilayətindən Moskvaya gətirilib.
Onlar Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinə yerləşdirilib.
İkisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşı olan həmyerlilərimiz bu gün yerli vaxtla Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynadan təxliyə olunan azərbaycanlılarla görüşüb.
Ukraynadan təxliyə olunan Fərid Ələsgərov açıqlamasında müharibənin ilk 15 günü Ukrayna ərazisində olduğunu söyləyib. O, çalışdıqları gəminin təmiri üçün Xerson şəhərində gözlədiklərini bildirib: "Daha daha sonra müharibə başladı. Dövlətimizə, Prezidentimizə və birinci xanıma bizə sahib çıxdıqlarına görə təşəkkürümüzü bildiririk".